USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çeklərin dövlət reyestrinə daxil edilməsi üçün rüsum ləğv edilir

22.11.2022 İqtisadiyyat
0 0
Qiymətli kağızların qeydiyyata alınması (özəlləşdirmə qaydasında qeydiyyata alınması halları istisna olmaqla) və dövlət reyestrinə daxil edilməsi üçün dövlət rüsumunun dərəcələrinin əhatə dairəsi azaldılır.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, dövlət rüsumunun tutulmalı olduğu hərəkətlər azaldılır.

Belə ki, depozit sertifikatlarının emissiyasının dövlət qeydiyyatına alınması üçün tutulan 1500 manat və çeklərin dövlət reyestrinə daxil edilməsi üçün (hər bir çek kitabçası üçün) tutulan 2 manat rüsumun ləğv edilməsi təklif edilir.