USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İstanbul Fond Birjası 2022-ci ildə dünyanın ən gəlirli bazarı olub

23.11.2022 İqtisadiyyat
0 0
2022-ci il üçün əsas “Borsa Istanbul 100” indeksi dollar ifadəsində 80%-dən çox, lirə ifadəsində isə 150%-dən çox artaraq 1999-cu ildən bəri Türkiyə birjasında qeydə alınan ən yaxşı göstəriciyə çatıb. Analitiklər inflyasiyanın yüksəlməsi fonunda formalaşan bu vəziyyəti respublika Mərkəzi Bankının aqressiv siyasəti ilə izah edirlər.

Bloomberg həmsöhbətlərinin fikrincə, yerli investorlar Türkiyə səhmlərini indiki inflyasiya şəraitində “təhlükəsiz sığınacaq” hesab edirlər. Oktyabrda Türkiyədə inflyasiyanın 83%-i keçməsinə baxmayaraq, ölkənin mərkəzi bankı iqtisadi artım naminə faiz dərəcələrinin aşağı salınması üzrə qeyri-ənənəvi siyasət yürütməyə başlayıb.

2022-ci ildə Türkiyə son 20 ildə ən yüksək inflyasiya səviyyəsini qeydə alıb, 2021-ci ilin yazından etibarən respublikada artım tendensiyası müşahidə olunub. Ölkədə inflyasiya meyllərinin yaranmasının əsas səbəbləri arasında enerji daşıyıcılarının bahalaşması və lirənin zəifləməsi var.