USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sahil Babayevdən pensiya yaşı ilə bağlı - AÇIQLAMA

25.11.2022 İqtisadiyyat
0 0
“Bu gün ölkədə 65 yaşa çatanların 60 fazi pensiya, digərləri sosial müavinət alanlardır. Bu da tam normaldır. Biz sosial sahəyə bağlı sistem yaratmışıq”.

"Kommersant.az" xəbər verir ki, bu sözləri əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentin noyabrın 25-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu gün bir qəpik də sosial sığorta ödəməyən, qeyri-formal çalışan və dövlətə hər hansı bir vəsait ödəməyənlə uzun ilər boyu sosial siğorta haqqı ödəyən şəxsi eyniləşdirmək olmaz:

"Biz o zaman pensiya sistemini dağıdarıq və sığorta əsaslı pensiya sisteminə malik olmarıq".

Nazir eyni zamanda ömür uzunluğu və pensiya dövrü ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib:

“Azərbaycanda pensiya dövrü 12 il olaraq hesablanır. Həmin müddət ərzində təqdim edilən zərflər çərçivəsində 68 faiz pensiyaçı 12 ildən çox alır. Pensiya yaşı 65 olsa da, xüsusi kateqoriyalara edilən güzəştlər çərçivəsində bu gün effektiv pensiya yaşı 61 və 62-dir, 65 deyil. Bunu nəzərə almağınızı xahiş edirəm”.