USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İlin əvvəlindən qlobal borc $16 trln. azalıb

28.11.2022 İqtisadiyyat
0 0
Qlobal mərkəzi banklar tərəfindən maliyyələşdirmə şərtlərinin sürətlə sərtləşdirilməsi borcalanların beynəlxalq borc bazarlarına olan marağını əhəmiyyətli dərəcədə azalıb, Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.

Bu, yeni öhdəliklərin emissiyasını kəskin şəkildə ləngidib, nəticədə ödənilməmiş qlobal borcun dəyəri ilin əvvəlindən bəri 16 trilyon dollar azalaraq üçüncü rübdə 290 trilyon dollara düşüb. Qeyd edək ki, qlobal borc 2018-ci ilin ortalarından etibarən artmaqdadır və birinci rübdə 306 trilyon dollara çataraq, ikinci və üçüncü rüblərdə müvafiq olaraq 9.6 trilyon və 6.4 trilyon azalıb.

Ən çox azalma inkişaf etmiş ölkələrdə – Yaponiya, Böyük Britaniya, Fransa və Kanadada müşahidə edilib. ABŞ isə öz növbəsində öhdəlikləri artan yeganə ölkə olub. Belə ki, oktyabr ayının əvvəlində ABŞ-ın xarici borcu 31.12 trilyon dollara yüksəlib.