USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Komissiyası siqaretlərin aksiz dərəcəsinin artırılmasını təklif edəcək

28.11.2022 İqtisadiyyat
0 0
Avropa Komissiyası tütün sənayesinin vergiyə cəlb edilməsinə yenidən baxılmasını təklif edəcək.

Bu barədə “Financial Times” Avropa Komissiyasının sənəd layihəsinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, elektron siqaret vergiyə cəlb ediləcək. Eyni zamanda Avropa İttifaqında aksiz vergi dərəcəsi 20 siqaret qutusu üçün 1.8 avrodan 3.6 avroya qədər iki dəfə artırıla bilər. Bu, bir qutunun qiyməti 3 avrodan aşağı olan Şərqi Avropa ölkələrində siqaretin bahalaşmasına səbəb olacaq.

Qeyd olunub ki, minimum aksiz vergisinin artırılması siqaretin qiymətinin aşağı olduğu ölkələrdə, o cümlədən Bolqarıstan, Slovakiya, Polşa və Macarıstanda istehlakçılara və təsərrüfat subyektlərinə güclü təsir göstərəcək.

Avropa Komissiyası siqaretə qoyulan vergilərin artırılmasının Aİ-yə üzv dövlətlərə əlavə 9.3 milyard avro gəlir gətirəcəyini gözləyir.