USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ilk vençur fondu yaradılıb

29.11.2022 İqtisadiyyat
0 0
Azərbaycanda "Caucasus Ventures" adlı ilk vençur fondu yaradılıb.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bu hadisəyə həsr olunmuş tədbir zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda startap layihələrin maliyyələşdirilməsi dövlət qrantları və bank kreditləri hesabına icra olunub.

"Bu fond dövlət-özəl tərəfdaşlığı formasında yaradılmış ilk fonddur. Hesab edirəm ki, fondun yaradılması bu sahəyə xarici investorları cəlb edəcək. Bundan başqa, qeyd edim ki, bu il nazirlik 650 IT mütəxəssisinin hazırlanması üçün vəsait ayırıb. Hər il üç min mütəxəssisin hazırlanması planlaşdırılır. İlin sonunadək IT sektoru və startap ekosisteminin iştirakçıları üçün bir sıra qanunların qəbulu nəzərdə tutulur", - deyə o bildirib.

Qeyd edək ki, vençur fondunun büdcəsi 11,3 milyon manat təşkil edir. İnnovasiyalar Agentliyi və "Paşa Holdinq" fondun büdcəsinə 5 milyon manat, fərdi sahibkarlar 1,3 milyon manat ayırıb.