Azərbaycanda 4 aylıq taxıl ehtiyatı var

01.12.2022 İqtisadiyyat
“Taxıl ehtiyatı, ərzaqlıq buğdanın təmin edilməsi istiqamətində işlər görülür”.

Bunu bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Dövlət Ehtiyatları Agentliyinin sədr müavini Hidayət Əzimov bildirib.

“Bunlar həm normativ tədbirlərdir, həm də növbəti addım kimi ərzaqlıq buğdanın dövlət ehtiyatı fonduna tədarükü istiqamətində iri taxıl tədarükçüləri ilə müqavilələr bağlanıb. Hazırda ümumi bazarda 4 aylıq taxıl ehtiyatı var”, – deyə sədr müavini bildirib.