USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda Yeni il gecəsi üçün fantastik qiymət - 1 gecə 4860 manat

16.12.2022 İqtisadiyyat
0 0
Yeni ilə az qalmış bölgələrdəki lüks otellərdə qiymətlər artır.
Belə ki, qiymətlər daha çox otellərin yerləşdiyi məkanlara və xidmətlərə görə dəyişir. Qəbələdə 4 ulduzlu otellərin birində adi gün üçün 1 nəfərlik otağın qiyməti 157 manat təşkil edir. 2 nəfərlik olduqda isə qiymət 178 manat olur.

Ancaq yeni il gecəsi üçün bu qiymətlər tam fərqli və əlçatmazdır. Məsələn 4 ulduzlu oteldə yeni il şənliyində 2 nəfərin istirahəti üçün 1286 manat lazımdır. Bu məbləğə dekabrın 31-dən yanvarın 2-dək dincəlmək daxildir.

Əgər ailə ilə birlikdə daha rahat şəkildə koteclərdə qalmaq istəsələr 2680 manat xərcləməli olacaqlar. Rayondakı 5 ulduzlu otellərdə koteclər 4 nəfər üçün 1455 manatdırsa, yeni il ərəfəsi bu qiymət 4860 manat təşkil edir.