USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan neftinin qiyməti müxtəlif istiqamətlərdə dəyişib

21.12.2022 İqtisadiyyat
0 0
CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 20-də 84,09 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,34 dollar/barel azdır.

Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 81,9 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,11 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 41,91 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,08 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 78,59 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,06 dollar/barel azdır.