USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cənubi Afrika prezidenti Davosda keçiriləcək foruma getməyəcək

16.01.2023 İqtisadiyyat
0 0
Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafosa Davosda keçiriləcək Dünya İqtisadi Forumuna (WEF) işgüzar səfərini ölkədəki enerji böhranı səbəbindən ləğv edib. Bunu Prezidentin mətbuat katibi Vinsent Maqveniya bildirib.

Yanvarın 16-20-də Davosda Dünya İqtisadi Forumunun növbəti iclası keçiriləcək.

"Davam edən enerji böhranı ilə əlaqədar prezident Siril Ramafosa Davosda keçiriləcək Dünya İqtisadi Forumuna işgüzar səfərini ləğv edib. Prezident hazırda parlamentdə təmsil olunan siyasi partiyaların liderləri, Milli Enerji Böhranı Komitəsi (NECCOM) və İdarə Heyətinin rəhbərləri ilə görüşür", - deyə prezidentin sözçüsü Tvitter hesabında yazıb.