USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcra başçısı onu görüb ayağa qalxmayan müdirləri işdən qovdu

21.12.2018 İqtisadiyyat
0 0
Salyan Rayon İcra Hakimiyyətinin başçısı görüş zamanı ayağa qalxmayan baxça müdirini işdən qovub.

"Kommersant.az" bildirir ki, hadisə dekabrın 18-də Salyan Rayon İcra Hakimiyətinin başçısı Sevindik Hətəmovun Salyan şəhər İnteqrasiya təlimli İnternat tipli gimnaziyada əhali ilə keçirdiyi görüş zamanı baş verib. Belə ki, icra başçısının iştirak etdiyi görüşdə qalmaqal yaşanıb.

İcra başçısı içəri daxil olan zaman zalda əyləşən görüş iştirakçıları ayağa qalxsalar da, iki baxça müdiri yerindən durmayıb. Bundan qəzəblənən başçı görüşdən sonra hər iki baxça müdiri ilə mübahisə edib. Daha sonra onlar haqqında tədbir görülməsinin vacibliyini vurğulayıb. Elə həmin gün baxça müdirlərindən biri işdən qovulub, digəri isə şiddətli töhmətlə cəzalandırılıb.

Qeyd: Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

A24

  • Əvvəlki

    Xəzər dənizində gəmi batdı - Gəmiçilərin xilas edilməsinə çalışılır

Digər xəbərlər

12.12.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşdı
0 0
12.12.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0