USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Amerikalı ekspert: "Özünü təcrid etmiş Ermənistan TANAP-dan faydalana bilməyəcək"

16.05.2018 İqtisadiyyat
0 0
"TANAP layihəsindən əldə ediləcək mənfəətin verdiyi möhtəşəm iqtisadi stimul Azərbaycan, Gürcüstan və Türkiyənin inkişafına, ictimai xidmətlərin, infrastrukturun və təhsilin təkmilləşdirilməsinə töhfə verəcək".

Bunu "Kommersant.Az"a amerikalı ekspert, Markett Universitetinin (Viskonsin) professoru Piter Teys deyib.

Onun sözlərinə görə, layihə orada iştirak edən ölkələri daha da rəqabətqabiliyyətli edəcək və onların imicini yüksəldəcək. Bununla yanaşı, ekspert insanların işlə təmin edilməsi baxımından layihənin həyata keçirilməsinin vacibliyini söyləyib.

"Hər şey bir kənara, Azərbaycan indi enerji təchizatında, qaz kəmərlərinin hazırlanması və tikintisi sahəsində qlobal oyunçuya çevrilir", - P.Teys vurğulayıb.

Ermənistanın növbəti dəfə regional layihənin kənarında qaldığını bildirən P.Teys bu ölkənin iqtisadiyyatının hələ də tamamilə Rusiya iqtisadiyyatından asılı olduğunu diqqətə çatdırıb: "Ermənistan, təqribən, 30 ildir Azərbaycanla müharibə vəziyyətindədir və bu, Azərbaycanın mülki əhalisi arasında çoxsaylı insan təlafatları, Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi ilə nəticələnib. Korrupsiyanın, qohumbazlığın Ermənistan iqtisadiyyatının hər seqmentinə mənfi təsir etdiyi hamıya məlum olan faktdır, iqtisadiyyatının 75%-nə isə zəif nəzarət olunur.

Bundan əlavə, Ermənistan Silahlı Qüvvələrinin əsgərləri aclıq çəkirlər, təchizatları, əhvalları pisdir. Bütün bu faktlar və problemlər Ermənistanı özünü təcrid etmiş ölkəyə çevirib, buna görə də onlar TANAP-ın faydalarından istifadə edə bilməyəcəklər. Ermənistan yalnız qoşunlarını Azərbaycanın suveren ərazisindən çəkməklə etibarlı beynəlxalq oyunçu ola və vətəndaşları üçün dayanıqlı milli iqtisadiyyatı təmin edə bilər".

  • Əvvəlki

    Ət idxalı 10% azalıb

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0