Bakıda parkomatlar sökülür - VİDEO
17.01.2019
İqtisadiyyat
0
0
Artıq paytaxtdakı parkomatların söküntüsünə başlanılıb. Söküntü şəhər ərazisindəki müxtəlif küçə və prospektlərdə həyata keçirilib.
"Kommersant.az"-ın "Xəzər" TV-yə istinadən məlumatına görə, parklanma nəzarətçilərinə bir neçə gün əvvəl Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi tərəfindən möhürlü vəsiqələr verilib.
Onlar parkomatların hansı qurum tərəfindən söküldüyünü bilmədiklərini deyirlər.
Parkomatların hansı qurum tərəfindən söküldüyünü öyrənmək cəhdimiz isə baş tutmadı . Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, parkomatlar və onlarla bağlı bütün səlahiyyətlər ötən ilin aprel ayından qurumun tabeliyindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilib. Bu səbəbdən də söküntü işlərindən xəbərsizdirlər.
Digər xəbərlər
29.04.2026
İqtisadiyyat
Pauell sədrlik müddətindən sonra Fed İdarə Heyətində Qalmaq Qərarına Gəldi
0
0
29.04.2026
İqtisadiyyat
Deutsche Bank birinci rübdə gözləniləndən daha yaxşı gəlir əldə etdiyini bildirib
0
0
29.04.2026
İqtisadiyyat
Hörmüz boğazı mübahisəsi hələ də həll olunmayıb: Brent 105 dolları keçib
0
0





















.jpg)















































