USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda yolxucu xəstəlik yayıldı - Nazirlik tapşırıq verdi

29.01.2019 İqtisadiyyat
0 0
Ölkədə qızılca xəstəliyinin yayılmasının qarşısının alınması məqsədi ilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların tam peyvəndlə əhatə olunması istiqamətində işlərin gücləndirilməsi və qızılca xəstəliyinə şübhəli bütün hadisələrin diqqətlə araşdırılması tapşırılıb.

Səhiyyə Nazirliyindən "Kommersant.az"-a verilən məlumata görə, Azərbaycanda aparılmış geniş profilaktik tədbirlər nəticəsində 2013-cü ildən qızılca xəstəliyi qeydə alınmayıb.

2018-ci ildə Avropanın əksər ölkələrində, o cümlədən Azərbaycanla həmsərhəd olan Gürcüstanda qızılca xəstəliyinin alovlanması baş verib.

Ölkəmizdə də gətirilmə hadisələri ilə epidemioloji əlaqəli olan xəstəlik halları 2018-ci ilin sonundan başlayaraq qeydə alınıb.

Xəstəlik halları əsasən 20-40 yaşlı vaxtı ilə peyvənd olunmamış əhali arasında baş verib:

"Bundan əlavə, hər hansı səbəbdən peyvənd almayan əhalinin vaksinasiyası üçün yaxın zamanda əlavə peyvənd tədbirlərinin aparılması nəzərdə tutulur. Bu məqsədlə nazirlik 160 min doz peyvənd alınmasını sifariş verib. Qızılca xəstəliyinə görə epidemioloji vəziyyət nəzarətdədir".

  • Əvvəlki

    “Bolkartla alış-veriş et, İstanbula SƏYAHƏT qazan” kampaniyasının qalibləri məlum oldu!

Digər xəbərlər