USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda ən yüksək maaşı bu şəxslər alır - AÇIQLAMA

30.01.2019 İqtisadiyyat
0 0
“2018-ci il Dövlət Gömrük Komitəsində islahatların yekunlaşdığı il olaraq tarixə düşəcək”.

"Kommersant.az" xəbər verir ki, bunu komitənin sədri Səfər Mehdiyev bu gün gömrük əməkdaşlarının peşə bayramı münasibətilə bağlı keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, ötən il gömrük sisteminin strukturu yenilənib: "Komitə polis nəzarət funksiyasından xidmət funksiyası strukturuna keçib. Kadrların düzgün seçilməsi ilə bağlı attestasiya keçirilib". S.Mehdiyev onu da bildirib ki, xidmətdə çalışan işçilərin sosial rifahının yaxşılaşdırılması nəticəsində gömrük əməkdaşlarının məvacibi artırılıb: "Bu gün Azərbaycan gömrük orqanlarında çalışan əməkdaşlar ən yüksək əmək haqqı alır. Gömrük sistemində şəffaflığın təmin olunması üçün gecə-gündüz fəaliyyət göstərəcəyik və dövlət başçısının tapşırıqlarını sonuna kimi yerinə yetirəcəyik".

  • Əvvəlki

    Gömrüyün sədrindən sahibkarlara xəbərdarlıq - RÜŞVƏT VERMƏYİN

Digər xəbərlər

11.10.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
10.10.2024 İqtisadiyyat
Saxta məhsullara yeniləri əlavə edilib
0 0