USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səfir: Azərbaycan Pakistana $100 mln. məbləğində neft tədarük edəcək

09.04.2019 İqtisadiyyat
0 0
ARDNŞ (SOCAR) Pakistana $100 mln. məbləğində Azərbaycan neftinin tədarükünə dair saziş imzalayıb. Bunu Pakistanın Azərbaycandakı səfiri Said Xan Mohmand deyib.

"Ötən həftə İslamabadda $100 mln. məbləğində Azərbaycan neftinin Pakistana tədarükünə dair saziş imzalanıb", – səfir bu gün "İnterfaks-Azərbaycan"ın sualına cavabında bildirib.

Onun sözlərinə görə, Pakistan "enerji ehtiyatlarının ciddi qıtlığı var və digər ölkələrdən neft alır".

"Bu proses (neft alışı – İF) hələ 2017-ci ilin fevral ayında Azərbaycan prezidenti İlham Əliyevin Pakistana səfəri zamanı başlayıb", – S.X.Mohmand qeyd edib.

Diplomatın sözlərinə görə, Bu, Bakı ilə İslamabad arasında enerji sahəsində əməkdaşlığın yalnız başlanğıcıdır."Gələcəkdə Azərbaycan tərəfindən Pakistanın enerji sektoruna sərmayələri gözlənilir. Sabah Bakıda Pakistanın nümayəndə heyətinin SOCAR-ın rəhbərliyi ilə görüşü çərçşivəsində bu və digər məsələlər müzakirə olunacaq", – səfir vurğulayıb.

  • Əvvəlki

    “İran gərginliyi” neft birjalarını çalxaladı - Qiymətlər artır

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0