USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda icbari sığorta ödənişləri 16%-dən çox artıb

25.02.2026 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda icbari sığorta növlərinin hesabına 20,148 milyon manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,909 milyon manat və ya 12,6% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 1,646 milyon manat və yaxud 16,3% artaraq 11,750 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,3 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.