USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda könüllü sığorta bazarı 3 faizə yaxın kiçilib

25.02.2026 İqtisadiyyat
0 0
Bu ilin yanvar ayında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 136,456 milyon manat sığorta haqqı toplanılıb.

Kommersant.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,145 milyon manat və ya 2,9% azdır.

Hesabat dövründə könüllü sığorta növləri üzrə ödənişlər isə 12,7 milyon manat və yaxud 34% artaraq 50,262 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar ayında könüllü sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 36,8 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən 16 sığorta şirkəti vasitəsilə 156,604 milyon manat məbləğində sığorta haqqı toplanıb.

Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 7,054 milyon manat və ya 4,3% azdır.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 62,012 milyon manat təşkil edib və illik ifadədə 14,389 milyon manat və ya 30,2% artıb.