USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstanın Azərbaycana nə qədər borcludur?

10.05.2019 İqtisadiyyat
0 0
Bu il mayın 1-nə Gürcüstanın Azərbaycana olan borcu 7,435 mln. ABŞ dolları təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilib.

Hesabata əsasən, bu göstərici aprel ayı ilə müqayisədə dəyişməz qalıb.

Gürcüstanın ümumi xarici dövlət borcu aylıq müqayisədə 13, 323 mln. dollar azalaraq 5 375, 651 mln. dollar təşkil edib. Bu məbləğin 5 209, 360 mln. dolları hökumətin payına düşür.

Qonşu ölkənin ən çox borcu olduğu ölkələrin ilk üçlüyü dəyişməz olaraq qalıb. Bu siyahıya Almaniya (317,830 mln. dollar), Fransa (246,510 mln. dollar) və Yaponiya (210, 691 mln. dollar) daxildir.

Gürcüstanın Türkiyə, Rusiya və Ermənistana olan borcu aylıq müqayisədə dəyişməz qalaraq, müvafiq olaraq 14, 273 mln. dollar, 58, 773 mln. dollar və 8, 305 mln. dollar təşkil edib.

  • Əvvəlki

    Sabaha olan hava proqnozu açıqlandı

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0