USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkəmizdə satılan bu balıqlar Rusiya və Çində süni şəkildə yetişdirilənlərdir - Polis İdarəsi

14.05.2019 İqtisadiyyat
0 0
Azərbaycanda bazarda satılan nərəcinsli balıqların 99,9 faizi xaricdən gətirilir.

"Kommersant.az" Trend-ə istinadən bildirir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən mətbuat konfransında Su Nəqliyyatında Polis Idarəsinin Brakonyerliyə qarşı mübarizə və balıq ehtiyatlarının mühafizəsi bölməsinin rəisi Elmir Süleymanov deyib.
Onun sözlərinə görə, Azərbaycanda satılan nərəcinsli balıqlar əsasən, Rusiya və Çində süni şəraitdə yetişdirilib.
E.Süleymanov sosial şəbəkələrdə nərəcinsli balıqların ovlanması ilə bağlı yayılan videogörüntülərə də münasibət bildirərək deyib ki, həmin video 2015-ci ilə aiddir: "Videogörüntüdə olanlar Azərbaycan vətəndaşı olsalar da, brakonyerlik halı Azərbaycan hövzəsində deyil, Rusiya ərazisində-Dağıstanda baş verib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrinin Bioloji Resurslarının Artırılması və Mühafizəsi Departamentinin direktoru Mehman Axundov bildirib ki, Azərbaycanda son vaxtlar ərzində nərəcinsli balıqların yetişdirildiyi fermalar formalaşıb:"Onlar da bazara artıq öz məhsullarını çıxarırlar. Amma bazara çıxarılan balıqlar daha çox idxal edilmiş nərəcinsli balıqlardır".

  • Əvvəlki

    Azərbaycanda yeni nazir təyin edildi

Digər xəbərlər

11.07.2025 İqtisadiyyat
Tramp Kanada mallarına 35% tarif elan edib
0 0
11.07.2025 İqtisadiyyat
Dəmir filizi qiymətləri artır
0 0
11.07.2025 İqtisadiyyat
Bu günün valyuta məzənnələri
0 0
11.07.2025 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşıb
0 0