USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vahid logistika operatoru bu ilin sonuna qədər yaradıla bilər

25.05.2018 İqtisadiyyat
0 0
"Rusiya Azərbaycan və İranla Rəşt-Astara dəmir yolu layihəsində iştirakını müzakirə edir".

"Kommersant.Az" xəbər verir ki, bunu "Rusiya Dəmir Yolları" ASC-nin baş direktorunun I müavini Aleksandr Mişarin deyib.

Onun sözlərinə görə, bu dəmir yolu xətti "Şimal-Cənub" kimi böyük nəqliyyat dəhlizinin bir parçası olaraq Sibir, Orta Asiya və Çindən malların daşımasının şaxələndirilməsi nöqteyi- nəzərdən müsbət nəticə verəcək: "Bu dəmir yoluna tələbat olacaq".

Rusiyalı rəsmisi onu da bildirib ki, maraqlı tərəflər hazırda "Şimal-Cənub" nəqliyyat dəhlizi üzrə vahid logistika operatorunun yaradılması məsələsini müzakirə edirlər: "Ümid edirəm, bu məsələni bu ilin sonuna qədər həll edəcəyik. Bunun üçün tərəfdaşlarımızın, ilk növbədə Azərbaycan, İran, Hindistan və Qazaxıstanın razılığını almalı və şirkəti qurmalıyıq".

  • Əvvəlki

    "İşsizlərin məşğulluğunun təmin olunması qənaətbəxş deyil" - NAZİRDƏN TƏNQİD

Digər xəbərlər