USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“WhatsApp” messencerində yeni boşluq aşkar edilib

26.05.2018 İqtisadiyyat
0 0
“WhatsApp” xidmətinin istifadəçiləri xoşagəlməz bir problemdən şikayətləniblər. Belə ki, sözügedən messencerdə aşkar edilmiş boşluq qara siyahıya salınmış abunəçilərə onları bloklamış istifadəçiləri öz mesajları ilə narahat etməyə imkan verir.

"Kommersant.Az" xəbər verir ki, bloklanmış istifadəçilər onları qara siyahıya daxil etmiş istifadəçilərə mesaj göndərə, status və profillərinə baxa bilərlər. Bu boşluq messencerin "iOS" və "Android" sistemlərinin idarəetməsi altında işləyən kliyentində mövcuddur.
Problemi aşağıdakı qaydada həll etmək mümkündür: kontaktı blokdan çıxarmaq və onu yenidən bloklamaq. Lakin belə əlavə əməliyyatlar narahatçılıq yaradır.
"WhatsApp" komandası artıq Britaniyanın "Express.co.uk" resursunun jurnalistlərinə deyib ki, bu boşluq barədə xəbərdardırlar və artıq problemi aradan qaldıran düzəliş çıxarılıb.

  • Əvvəlki

    İstifadəçilərin ən çox razı qaldığı smartfon hansıdır?

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0