USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Alfa Kapital”ın mənfəətini - ARTIRIB

05.05.2026 İqtisadiyyat
0 0
Aprel ayında rebrending edərək "Effektinvest" MMC bank olmayan kredit təşkilatından (qısaca - BOKT) "Alfa Kapital"a çevrilən təşkilat 2025-ci ilin yekun hesabatını açıqlayıb.

Kommersant.az BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, "Alfa Kapital" MMC -nin xalis mənfəəti 89.6 faiz artaraq 2025-ci ilin sonunda 383 min manat olub.

Ötən il təşkilatın vergiyəqədərki mənfəəti 478 min manat təşkil edib ki, bu da illik müqayisədə 88,9 % artım deməkdir. Mənfəət vergisi ödəmələri isə 96 min manat olub və bu göstərici 88,2 % artıb.

2026-cı il yanvarın 1-nə “Alfa Kapital”ın ümumi aktivləri 3,98 milyon manat olub ki, bu da illik müqayisədə 32,8 % çoxdur. Aktivlərin əsas hissəsini – 3,213 milyon manatını müştərilərə verilmiş kreditlər təşkil edib.

Hesabat dövründə BOKT-un kredit portfeli 42,7 % genişlənib.

Şirkətin öhdəlikləri 35,2 % artaraq 2,233 milyon manata çatıb. Eyni zamanda, balans kapitalı 29,9 % artaraq 1,747 milyon manata, o cümlədən nizamnamə kapitalı 2 % artaraq 1,02 milyon manata yüksəlib.

Qeyd edək ki, “Alfa Kapital” 2013-cü ildə “Effektinvest” adı ilə fəaliyyətə başlayıb və 2026-cı ildə rebrendinq edib. Şirkətin təsisçiləri Fərid Köçərli (52 %), Şirin Cavadov (46,5 %) və Elçin Niftiyev-dir (1,5 %).