USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Ümid" yatağının II platformasından hasilat bu tarixdə başlanılacaq

31.05.2019 İqtisadiyyat
0 0
Xəzərin Azərbaycan sektorunda yerləşən "Ümid" qaz-kondensat yatağında inşa olunması planlaşdırılan ikinci platformadan ilk qaz hasilatına 2022-ci ilin IV rübündə başlanılması planlaşdırılır.
"Kommersant.az" xəbər verir ki, bunu Bakıda keçirilən 26-cı Beynəlxalq Xəzər Neft və Qaz konfransında "Ümid-Babək Operating Company"nin baş direktoru Əli Qurbanov bildirib. O qeyd edib ki, bu platformada 4 quyu qazılması planlaşdırılır: "İkinci platforma "Ümid" yatağı və "Babək" perspektiv sahəsində hab olacaq". O, "Babək" perspektiv sahəsindən də danışaraq qeyd edib ki, burada ilk quyunun kəşfiyyatı və sınağı 2021-ci ildə planlaşdırılır: "Əgər uğurlu olarsa, quyu istismara daxil olacaq". Qeyd edək ki, "Ümid" yatağı Bakıdan 75 km cənuba, qurudan isə 40 km məsafədə yerləşir. Yataq 2010-cu ildə kəşf edilib. Bu, SOCAR-ın kəşf etdiyi ilk yataq olub. İlkin hesablamalara görə, yatağın ehtiyatı 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat həcmində qiymətləndirilir. "Ümid" yatağı 2012-ci ildə sənaye işlənməsinə daxil edilib. Qeyd edək ki, "Babək" strukturu "Ümid" yatağı ilə bitişik stukturdur. Burada 3D seysmik işlər aparılıb və 2013-cü ildə tamamlanıb. 2017-ci il yanvarın 12-də "Ümid" yatağının və "Babək" perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında SOCAR-la "SOCAR Umid Oil and Gaz Ltd." şirkəti arasında Risk Xidmət Sazişi və blokun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında "SOCAR Umid Oil and Gas Ltd." şirkəti və "Umid, Babek Exploration & Production" şirkəti arasında müqavilə imzalanıb. Report
  • Əvvəlki

    Azərbaycanda bu vəzifəli şəxs işdən çıxarıldı - Səhvlərə yol verib

Digər xəbərlər