USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir...”

02.07.2019 İqtisadiyyat
0 0
“Azərenerji” ASC 2018-ci ili 307 milyon 335 min manat zərər ilə başa vurub, 2017-ci ili 602 milyon 873 min manat zərər ilə bağlamışdı.

"Kommersant.az" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O, bildirib ki, 2017-18-ci illərdə "Azərenerji"-nin zərəri 1 mlrd. manata yaxın olub.

"ASC-nin bu günə cəmi öhdəlikləri 2 mlrd. 527 mln. 840 manatdır ki, bunun da 1 mlrd. 707 mln. manatı, yəni, təqribən 1 mlrd. dolları kredit borclarıdır".

Ekspert qeyd edib ki, "Azərenerji" büdcədən hər il böyük miqdarda dotasiya alır, son iki ildə aldığı subsidiyanın miqdarı 196 mln. manatdır. Keçən il büdcəyə ödədiyi verginin həcmi isə cəmi 27 mln. manatdır, yəni ASC digər dövlət şirkətləri kimi rəsmən büdcəni müflisləşdirir:

""Azərenerjinin" nədən ziyanla işlədiyini bilmək üçün keçmiş və indiki rəhbərliyinin villalarını, evlərini, obyektlərini, maşınlarını, taxdığı saatları görmək kifayətdir.

Dövlətin idarəetməsində olan bütün şirkətlər bərbad gündədir, korrupsiya, "otkat" və "şapka" yuvasıdır. Bu ASC-lər, QSC-lər ya tam, ya da qismən özəlləşdirilməli, ya da uzunmüddətli müqavilələr ilə normal özəl şirkətlərə idarəetməyə verilməlidir. Amma müqavilələr hər addımbaşı pozulmamalı, biznesə qanuni güvən verilməli, ədalətli məhkəmə sistemi təsis edilməlidir, yoxsa yetim Arabulun taleyini heç kim yaşamaq istəməz".

Yeni Sabah

  • Əvvəlki

    Qarşıdakı 2 il ərzində 16 şəhərin baş planı hazırlanacaq

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0