USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yeni nəsil “iPhone”lar belə olacaq - FOTO

24.07.2019 İqtisadiyyat
0 0
“Apple” sentyabrda üç yeni “iPhone” modeli təqdim edəcək.

Bu barədə "9to5mac.com" saytı məlumat yayıb.

Bildirilib ki, yeni modellər "Cebu" kod adı ilə tanınan A13 çipləri ilə təmin olunacaq. Smartfonlarda işıqlandırma konnektorları olacaq.

Yeni modellərin ekran ölçüləri "iPhone XS", "iPhone XS Max" və "iPhone XR"dəki kimi olacaq.

Bundan əlavə, təqdim olunacaq yeni versiyalarda "3D Touch" funksiyasının əvəzində "Taptic Engine" texnologiyasından istifadə olunacaq ki, bu da ekrana toxunma həssasiyyətini artıracaq.

Qeyd edək ki, daha əvvəl "Bloomberg" "iPhone"un yeni modellərinin arxa panelində 3 kameradan istifadə olunacağını iddia etmişdi.

  • Əvvəlki

    Bu il Azərbaycanda uşaqlara ən çox bu ADLAR qoyulub

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0