USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AZAL təyyarəsinin tualetindən 18 ədəd iPhone çıxdı - VİDEO

09.08.2019 İqtisadiyyat
0 0
"Azərbaycan Hava Yolları" (AZAL) şirkətinə məxsus təyyarənin tualetindən 18 ədəd "iPhone" markalı mobil telefon tapılıb.

"Kommersant.az"ın əldə etdiyi məlumata görə, mobil telefonlar İstanbul-Bakı reysi ilə hərəkət edən sərnişin təyyarəsində aşkar olunub.

Mobil telefonların tapılması tualetin xarab olması nəticəsində üzə çıxıb. Təmir zamanı "iPhone"ların ora yerləşdirilməsi məlum olub. Telefonları ekipaj təyyarəni reysdən əvvəl nəzarətdən keçirən zaman aşkarlayıblar.

Qeyd edək ki, həmin reysdən öncə təyyarə BƏƏ-nin Dubay şəhərindən gəlirmiş. Məsələyə aydınlıq gətirmək üçün "Azərbaycan Hava Yolları" QSC prezidentinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Paşa Kəsəmənski ilə əlaqə saxladıq.

O, bildirib ki, AZAL Dövlət Gömrük Komitəsinin əməkdaşları ilə birgə əməliyyat keçirərək məsələni araşdırır.

BAKU.WS

  • Əvvəlki

    Bakıda avtomobil restorana çırpılıb - VİDEO

Digər xəbərlər

29.03.2024 İqtisadiyyat
Neftimiz bahalaşdı
0 0
29.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0