USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq

24.09.2019 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə axşam saatlarınadək Nərimanov rayonu, Ələsgər Qayıbov küçəsində, həmçinin Bakı-Sumqayıt yolu, Xırdalan dairəsindən Vaz dairəsinə kimi, həmçinin gecə saatlarından səhərə qədər Nərimanov rayonu, Atatürk prospektində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

Bu barədə "Kommersant.az"a "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd edilib ki, həmin yollarda hərəkət məhdudlaşdırılacaq. Məlumata görə, bu üzdən sürücülərdən sözügedən küçələrdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

  • Əvvəlki

    Valyuta hərracı keçirildi - NƏTİCƏ

Digər xəbərlər