Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 2 400,9 mln. manat olmaqla əvvəlki ilin yanvar-sentyabr ayları ilə müqayisədə 1% azdır.
"Kommersant.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft məhsullarından sürtkü yağlarının, neft bitumunun, ağ neftin, neft koksunun istehsalı azalıb, avtomobil benzininin, yanacaq mazutunun, dizel yanacağının, neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı artıb.