USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xəzərin Azərbaycan sektorunda dənizaltı seysmoqraflar qurulacaq

18.10.2019 İqtisadiyyat
0 0
Bu ilin sonunadək Xəzərin Azərbaycan sektorunda dörd dənizaltı seysmoqraf qurulacaq.

Bunu "APA-Economics"ə Respublika Seysmoloji Xidmət Mərkəzindən (RSXM) deyiblər.

Mərkəzdən bildirilib ki, seysmoqrafların qurulacağı yerlər artıq təsdiqlənib və bu işlər "Ümid", "Bahar" və "Günəşli" yataqlarında aparılacaq.

RSXM-in uzunmüddətli planlarına dənizdə seysmoloji tədqiqatlarının keyfiyyətinin artırılması daxildir. Hazırda Azərbaycanda istismarda olan seysmik stansiyaların sayı 35-dir. Stansiyalar peyk sisteminə qoşulub. Ölkə ərazisinin seysmik aktiv nöqtələrində quraşdırılan vibrasiya sensorlarından məlumatlar peyk vasitəsilə real vaxt rejimində Bakıda yerləşən baş stansiyaya ötürülür. Məlumatlar emal edildikdən sonra, sistem zəlzələnin dəqiq yeri, vaxtı və gücü barədə məlumat verir.

  • Əvvəlki

    Övladlığa uşaq götürmək istəyənlərə yaş qadağası

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0