USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İcbari avtomobil sığortasında zərər kəskin artıb

30.10.2019 İqtisadiyyat
0 0
Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icabri sığortası üzrə yığımları məlum olub.

"Kommersant.az" Maliyyə Bazarlarına Nəzarət Palatasına (MBNPP) istinadən xəbər verir ki, bu ilin yanvar-sentyabr aylarında bu sığorta növündə yığımlar 76 milyon 197 min manat olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon 644 min manat və ya 5,02% artıb. Ötən ilin 9 ayında bu göstərici 72 milyon 553 min manat idi.

Avtomobillərin icbari sığortası üzrə ödənişlər də artıb. Belə ki, ötən ilin 9 ayı ilə müqayisədə sığorta ödənişləri 10 milyon 398 min manat və ya 27,14% artaraq 48 milyon 700 min manat təşkil edib.

Xatırladaq ki, ötən il avtomobillərin icbari sığortası üzrə ödənişlər 38 milyon 302 min manat olub.

Qeyd edək ki, sığorta ödənişlərinin sığorta yığımlarında xüsusi çəkisi 53%-dən 64%-ə yüksəlib.