USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ölkənin dövlət banklarının kredit qoyuluşunda payı artıb

30.10.2019 Bank
0 0
Bu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 14 243 milyon manat təşkil edib.

"Kommersant.az" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,6% çoxdur.

Kredit qoyuluşunun 11 452,3 milyon manatı və yaxud 80,4%-i özəl bankların payına düşüb. Bu illik müqayisədə 14% çoxdur. Son 1 ildə özəl bankların kredit qoyuluşundakı xüsusi çəkisi isə 81,6%-dən 80,4%-ə düşüb.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu isə 2 419,8 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 30,2% çoxdur. Hesabat dövründə dövlət banklarının kredit qoyuluşundakı xüsusi çəkisi isə 15,1%-dən 17%-ə çatıb.

Sentyabrın sonuna bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 370,9 milyon manat olub. Bu isə illik müqayisədə 7,5% azdır. İl ərzində BOKT-lərin kredit qoyuluşundakı xüsusi çəkisi isə 3,3%-dən 2,6%-ə düşüb.