USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Neft yenidən ucuzlaşıb

04.11.2019 İqtisadiyyat
0 0
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin yanvar müqaviləsinin dəyəri 0,52% azalaraq 1 barelə görə 61,37 dollar təşkil edib.

"Kommersant.az" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında dekabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 0,55% azalaraq 55,89 dollar təşkil edib.