Tbilisidə məşhur bina satışa çıxarılır

30.01.2020 İqtisadiyyat
Tbilisidə “Rike Park” ərazisində yerləşən sürahi formalı tikili auksiona çıxarılacaq.

Bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava məlumat verib. O bildirib ki, "Biznesə 100 investisiya təklifi" adlı dövlət proqramı çərçivəsində özəlləşdirməyə çıxarılacaq binanın ilkin dəyəri 95 mln. lari müəyyənləşdirilib.

Qeyd edək ki, ümumi sahəsi 15 000 kvadrat metr olan şüşə və dəmir konstruksiyalı bina hazırda istifadəsizdir. Bina İtaliyanın "Studio Fuksos" şirkəti tərəfindən dizayn edilib.

  • Əvvəlki

    “Ideal” və “Sabina” mağazaları birləşdikdən sonra şirkət rebrendinqə gedib

Digər xəbərlər

02.09.2021 İqtisadiyyat
Azərbaycanın pul bazası azalıb - MƏBLƏĞ
0 0
01.09.2021 İqtisadiyyat
“Azneft”in rəisi cərimələndi
0 0