USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Palata sədri prezidentin çıxış mətnini cırıb atdı - VİDEO

05.02.2020 İqtisadiyyat
0 0
ABŞ Konqresinin aşağı palatasının sədri Nensi Pelosi ölkə Prezident Donald Trampın konqresmenlər qarşısındakı nitqindən sonra onun çıxış mətninin nüsxəsi olan vərəqləri cırıb.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidentinin çıxışını başa vurmasından sonra konqresmenlərin ayağa qalxdığı və onu alqışladığı anda N.Pelosi çıxış mətninin nüsxəsinin olduğu vərəqləri cırdıqdan sonra onları masanın üzərinə atıb.

Qeyd edək ki, fevralın 4-də D.Tramp konqresmenlər qarşısındakı illik çıxışını edərək ölkənin vəziyyətindən danışıb. Tramp kürsüyə gələrkən ona əl uzadan Pelosinin əlini sıxmayıb. Trampla palata sədri arasındakı gərginlik uzun müddətdir davam edir. ABŞ prezidenti indiyə kimi Pelosini bir neçə dəfə "dəli" də adlandırıb.

  • Əvvəlki

    Ölmüş şəxslər seçkiyə çağırılır: “15 il bildiriş göndərmək olar?!”

Digər xəbərlər