Nazirlər Kabinetindən tədris ilinin müddəti ilə bağlı - QƏRAR
"Kommersant.az" xəbər verir ki, qərara əsasən, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlayır və növbəti il mayın 31-də başa çatır.
Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında tədris ili iki yarımilə bölünür:
- birinci yarımil: 1 oktyabr – 26 yanvar;
- ikinci yarımil: 1 fevral – 31 may.
Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə dərs məşğələləri hər il sentyabrın 15-də başlayır və növbəti il iyunun 14-də başa çatır. Ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələri üzrə tədris ili iki yarımilə bölünür:
- birinci yarımil: 15 sentyabr – 26 yanvar;
- ikinci yarımil: 1 fevral – 14 iyun.
Tədris ili ərzində aşağıdakı tətillər müəyyən olunur:
- payız tətili: 16-20 noyabr (5 gün);
- qış tətili: 27-31 yanvar (5 gün);
- məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil: 1-5 may (5 gün).
Beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarının (kurikulumlar) tədrisi üçün ümumi təhsil müəssisəsi tərəfindən bu Sənədlə müəyyən olunmuş tədris ili müddətindən fərqli müddətlər müəyyən edilə bilər. Fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində
tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər Nazirlər Kabinetinin Qərarı, bu və ya digər səbəbdən ayrı-ayrı ümumi təhsil müəssisələrində isə Təhsil Nazirliyinin əmri əsasında həyata keçirilir.
Bu Qərar 2020-ci il sentyabrın 15-dən qüvvəyə minir. /Modern.az
Digər xəbərlər
Gələn il tədiyə balansının cari əməliyyatlar hesabında 3 milyard dollar profisit olacaq
Qeyri-neft-qaz gəlirlərinin hesablanması qaydaları təkmilləşdirilməlidir - Hesablama Palatası
Bakı Gəmiqayırma Zavoduna vergi güzəştinin uzadılmasına aydınlıq gətirilib
Qiymətli kağızlar bazarında ticarət dövriyyəsi 35% artıb - Taleh Kazımov
Gələn il vətəndaşların maaşından neçə faiz gəlir vergisi tutulacaq? - Nazir açıqladı
Gələn il üçün Azərbaycan neftinin qiyməti ilə bağlı proqnozlara aydınlıq gətirilib
AzTV-də işçilərin maaşlarından 26 milyon manat qonorar adı ilə rəsmiləşdirilibmiş - RƏSMİ










.jpg)


















































