USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda avtomobillərin sıxlığı 30 faiz artıb - Video

15.04.2020 İqtisadiyyat
0 0
Xüsusi karantin rejmi çərçivəsində hərəkət məhdudiyyəti tətbiq edilməsinə baxmayaraq, ötən həftə ilə müqayisədə bu həftə Bakı yollarında avtomobillərin sıxlığı 20-30 faiz artıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə məlumatı ''Xəzər Xəbər''ə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev Nəqliyyatı İntellektual İdaretmə Mərkəzində aparılan çəkiliş zamanı deyib.

Onun sözlərinə görə, Nəqliyyatı İntellektual İdaretmə Mərkəzində paytaxtın 43 küçə və prospekti ilə bağlı mütəmadi təhlillər aparılır.

Mais Ağayev deyir ki, analoji tendensiya sərnişin axınında da müşahidə edilir. Aparılan təhlillər nəticəsində məlum olub ki, günün pik saatlarında sərnişin sıxlığı adi günlərdəkindən çoxdur.

Xatırladaq ki, gündəlik sərnişindaşıma ilə məşğul olan avtobuslar heç bir dəyşiklik olmadan fəaliyyət göstərirlər. Əlavə olaraq Bakı Nəqliyyat Agentliyi tərəfindən 7 ekspress xətt də təşkil olunub. Burda da hər gün səhər və axşam 100-ə yaxın avtobus xətlərə çıxaraq sərnişindaşıma ilə məşğul olur.

Qeyd edək ki, mart ayının 21-dən etibarən parklanma qaydasını pozan sürücülərin cərimə edilməsi dayandırılıb. Amma kameralar vasitəsi ilə hərəkətə mane olan sürücülər aşkar edildikdə, Bakı Nəqliyyat Agentliyinin şəhərdə xidmət aparan əməkdaşları dərhal onlara yaxınlaşaraq hərəkətin normal təşkilini bərpa edirlər.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialını təqdim edirik:

BNA
  • Əvvəlki

    Bu ailələrə tezliklə mənzil veriləcək - Nazir açıqladı

Digər xəbərlər