USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin NƏZƏRİNƏ - Müddət başa çatdı

26.04.2020 İqtisadiyyat
0 0
"Azəriqaz" İstehsalat Birliyi aprelin 26-dan etibarən qazanxanaların qaz təchizatını dayandırır.

"Kommersant.az" bildirir ki, "Azəriqaz" İstehsalat Birliyindən Day.Az-a verilən məlumata görə, bu addım "Azəristiliktəchizat" ASC-dən daxil olan telefonoqram əsasında atılıb:

"Belə ki, bu gün səhər saatlarında adı çəkilən qurumdan daxil olan telefonoqramda payız-qış mövsümünün başa çatması ilə əlaqədar "Azəristiliktəchizat" ASC-nin balansında olan (isti suya işləyəcək qazanxanalardan başqa) bütün qazanxanaların qaz təchizatının dayandırılmasına göstəriş verilməsi xahiş olunub".Qeyd edək ki, bir neçə gün öncə karantin rejimi dövründə qazanxanaların qaz təchizatının aprelin 30-dək davam etdirilməsi tövsiyə olunmuşdu.

  • Əvvəlki

    Azərbaycan əhalisinə ŞAD XƏBƏR - Mayın 6-dək...

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0