USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniya pandemiyadan zərər çəkənlərə 300 milyon avro ayıracaq

27.04.2020 İqtisadiyyat
0 0
Almaniya Xarici İşlər Nazirliyi koronavirus pandemiyasından zərər çəkən insanlara humanitar yardım olaraq 300 milyon avro ayıracaq.

"Kommersant.az"-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında bildirilir.

"Bununla Almaniya BMT-nin qlobal humanitar müraciətinə əhəmiyyətli töhfə verir", - deyilən Xarici İşlər Nazirliyinin açıqlamaslnda Birləşmiş Millətlər Təşkilatının koronavirus böhranı şəraitində əlavə humanitar yardıma ehtiyacın 2 milyard dollar olaraq qiymətləndirildiyi qeyd edilir.

"Koronavirus heç bir sərhəd tanımır. Pandemiya xüsusilə isti yerlərdə, qaçqın düşərgələrində və ya epidemiya səbəbiylə sağlamlıq sisteminin tamamilə yükləndiyi dövlətlərdə yaşayan təhlükədə olan insanlara təsir göstərir", - Almaniyanın xarici işlər naziri Hayko Maas deyib.

Vəsaitlər BMT-nin müxtəlif qurumları, qeyri-hökumət təşkilatları və fondları vasitələri ilə yönəldiləcək.

  • Əvvəlki

    Bank Respublika birinci rübdə uğurlu maliyyə nəticələri nümayiş etdirib

Digər xəbərlər

30.04.2024 İqtisadiyyat
Dollar ucuzlaşır
0 0
30.04.2024 İqtisadiyyat
Azərbaycan nefti ucuzlaşdı
0 0