USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Tədris prosesinin başlama tarixi haqda - RƏSMİ AÇIQLAMA

27.04.2020 İqtisadiyyat
0 0
“Tədris prosesinin başlaması ilə əlaqədar tarixlərlə bağlı konkret məlumatların verilməsi indi doğru olmaz”.

"Kommersant.az" xəbər verir ki, bunu Təhsil naziri Ceyhun Bayramov Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında bildirib.

Nazir qeyd edib ki, mövcud vəziyyət qiymətləndirilərək tədrisin bərpa edilməsi ilə bağlı növbəti addımlar atılacaq.

C.Bayramov sözlərinə əlavə edib ki, imtahanlarla bağlı Dövlət İmtahan Mərkəzi ilə birlikdə yeni formatların hazırlanması üçün tədbirlər görülür:

"Növbəti mərhələlərdə seçmə üsulların tətbiq edilərək şagirdlərin dərs proqramlarından geri qalmasının qarşısının alınması nəzərdə tutulur. Bu tədbirlər nəticəsində növbəti tədris prosesinə tam hazır olmağı planlaşdırırıq".

Qeyd edək ki, Azərbaycanda bütün təhsil müəssisələrində dərslər 3 martdan etibarən dayandırılıb.

  • Əvvəlki

    Bakı metrosu bazar günü fəaliyyətini bərpa edir? - RƏSMİ CAVAB

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0