USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə koronavirusdan ölənlərin sayı 3 mini keçdi

30.04.2020 İqtisadiyyat
0 0
Türkiyədə son 24 saat ərzində daha 89 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.

"Kommersant.az"-ın məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 3 081 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 2 936 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 117 589 nəfərə çatıb.

Nazir əlavə edib ki, sağalanların ümumi sayı 44 022 nəfər təşkil edir.