USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gəncədə 65 tibb işçisində koronavirus aşkarlandı - İcra başçısından AÇIQLAMA

30.04.2020 İqtisadiyyat
0 0
“Gəncədə 100 nəfərdə koronavirus (COVID-19) aşkar edilib, onlardan 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir”.

"Kommersant.az"-ın xəbərinə görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov məlumat verib.

"Aprelin 28-nə olan vəziyyətə görə, Gəncədə 3,853 min test götürülüb. 100 nəfərdə koronavirus aşkar edilib. Yoluxanların 65 nəfəri tibb işçisi və onların ailə üzvləridir", – deyə N.Bayramov Gəncə şəhər İcra Hakimiyyətində yaradılmış koronavirusla mübarizə üzrə qərargahın üzvləri ilə hesabat video-konfransı zamanı bildirib.

Onun sözlərinə görə, 27 nəfər müalicə olunaraq sağalıb, 69 nəfərin müalicəsi davam edir, onların vəziyyəti stabildir.

Videokonfrans zamanı qeyd olunub ki, hazırda Gəncədə 200 çarpayılıq modul tipli xəstəxana tikilir.GancaPost.info

  • Əvvəlki

    Azərbaycana gəlmək istəyən vətəndaşlar sərhəddə çöldə gecələyirlər - VİDEO

Digər xəbərlər

17.05.2024 İqtisadiyyat
Ödəmə sistemləri dəyişir
0 0
16.05.2024 İqtisadiyyat
Honda 10 trilyon yen investisiya edəcək
0 0