USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank 66 milyon manat xalis mənfəət əldə edib

30.04.2020 Bank
0 0
Azərbaycan Respublikası Mərkəzi Bankı (AMB) 2019-cu il ərzində 65,96 mln. Manat xalis mənfəət əldə edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə AMB-nin 2019-cu il üzrə maliyyə hesabatında deyilir. Audit hesabatı KPMG Azərbaycan audit şirkəti tərəfindən aparılıb.

Hesabat dövrü ərzində Mərkəzi Bankın effektiv faiz dərəcəsi ilə hesablanmış faiz gəlirləri 209,40 mln. manat, sair gəlirləri 22,28 mln. manat və faiz xərcləri 234,27 mln. manat təşkil edib. Bu da faiz üzrə gəlirlərinin xərclərini qarşılamayıb, AMB burada 2,60 mln. manatlıq xərci çıxıb.

Bununla belə AMB-nin digər gəlirləri hesabına xalis mənfəəti 65,96 mln. manata qədər yüksəlib. Bu öncəki ildəki hesabatda 47,81 mln. manatlıq zərərlə ifadə olunurdu.

Azərbaycan Mərkəzi Bankının 1 yanvar 2020-ci il tarixinə cəmi aktivləri 22 milyard 623,79 milyon təşkil edib. Bu illik müqayisədə 2,5%-lik artım olması deməkdir.

Aktivlərinin 17 milyard 489,53 milyon manatı borc qiymətli kağızlar təşkil edib.

Öhdəlikləri 1 yanvar 2020-ci il tarixinə 20 milyard 47,41 milyon manat təşkil edib. Burada əsas pay 10 milyard 405,51 milyon manatlıq dövriyyədə olan kağızlar və qiymətli metal pullar təşkil edib.