USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"65 yaşdan yuxarı şəxslərlə bağlı qadağalar aradan qaldırıla bilər" - AÇIQLAMA

05.05.2020 İqtisadiyyat
0 0
"Koronavirus infeksiyası ilə əlaqədar 65 yaşdan yuxarı şəxslərin evdən çıxmaması ilə bağlı qoyulan qadağalar aradan qaldırla bilər”.

"Kommersant.az"-ın xəbərinə görə, bunu professor Adil Qeybulla deyib. Onun sözlərinə görə, karantin qaydalarının yumşaldılması prosesi gözlənilən istiqamətdə gedir:

"İnsanlar uzun müddət evdə otura bilməzlər. Amma karantin qaydaları yumşaldılsa belə, onun şərtləri dəyişməz qalmalıdır. Şərtlər nədən ibarətdir? İnsanlar sosial məsafəni saxlamaq, maska taxmaq, əlləri dezenfeksiya etmək və s. kimi qaydalara əməl etməlidir. Təəssüflər olsun ki, insanlar bunları gözləmir, şərtlərə əməl etmir. Ən mühüm şərt budur".

Adil Qeybulla bildirib ki, insanlar bu şərtlərə əməl etməsə, virusun yenidən yayılması baş verər, xəstələrin sayında artım yaranar:

"İnsanlar bu şərtlərə əməl etməsə, Azərbaycan əlavə problemlərlə üzləşə bilər. Bu da sonradan qaydaların sərtləşdirilməsinə gətirib çıxardar. İnsanlar bəzən bunun fərqində olmur".

Qeyd edək ki, koronavirusun yayılması ilə əlaqədar 65 yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Bu qadağa martın 24-dən bu günədək qüvvədədir.Qaynarinfo

  • Əvvəlki

    Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri dəyişdirilib

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0