USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"EasyJet" də 4500 əməkdaşını işdən çıxarır

28.05.2020 İqtisadiyyat
0 0
Koronavirus pandemiyasının iqtisadi təsirləri səbəbindən Böyük Britaniyanın EasyJet aviasiya şirkəti də işçi ixtisarına gedir.

"Kommersant.az" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Cohan Lendqrin açıqlama verib. Bildirib ki, sərnişin azlığı səbəbindən işçilərin 30 faizini, yəni təxminən 4500 nəfəri işdən çaxarmağı planlaşdırırlar.

"Hazırda çətin bir mərhələdən keçdiyimizin fərqindəsiniz. İnsanların həyatına təsir edəcək son dərəcə çətin qərarlar vermək məcburiyyətindəyik. Uzunmüddətli mümkün olsa, məşğulluğu qorumağa çalışacağıq", - deyə o bildirib.