USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Baş Nazir istefaya göndərildi - SURİYADA

12.06.2020 İqtisadiyyat
0 0
Suriya Prezidenti Bəşər Əsəd ölkənin Baş Naziri İmad Hamisi vəzifəsindən azad edib.

"Kommersant.az" "RİA Novosti"yə istinadən bildirir ki, bu barədə suriyalı liderin mətbuat xidməti məlumat yayıb.

Qərarın səbəbi açıqlanmır.

Hamis 2016-cı ilin iyunundan ölkənin Baş Naziri vəzifəsini tuturdu. O, 2011-2016-cı illərdə Elektroenergetika Nazirliyinə rəhbərlik edib.

Əsəd Baş Nazir səlahiyyətlərinin müvəqqəti icrasını Su Ehtiyatları naziri Hüseyn Arnusa həvalə edib.

Bildirilir ki, hökumət yeni parlament seçkiləri keçirilənədək işini davam etdirəcək. Suriyada parlament seçkiləri iyulun 19-na planlaşdırılıb. Buna qədər onu koronavirus pandemiyası səbəbindən iki dəfə təxirə salıblar.Qafqazinfo