USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ şirkəti Azərbaycanda nümayəndəliyini açıb

13.06.2018 İqtisadiyyat
0 0
Birləşmiş Ştatların “Sapura Energy B.V.” şirkətinin Azərbaycanda filialı açılıb.

Bu barədə məlumat rəsmi mətbuatda dərc olunub.

Qeyd edilir ki, filialın hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Ağa Neymətulla küçəsi, ev 42A, mənzil 23-dür.

Bu il mayın 1-də dövlət qeydiyyatına alınan şirkətin qanuni təmsilçisi Mamidanna Ravisankar Venkata adlı ABŞ vətəndaşıdır.

Şirkətin törəməsi olan "Sapura Kercana" 2016-cı ildə "TANAP Doğalgaz İletişim A.S."nin Trans Anadolu Qaz Kəməri (TANAP) xətti üçün keçirdiyi tenderin qalibi olub. Qalib şirkət TANAP üçün mühəndislik, Təchizat, Tikinti və Quraşdırma (EPCI) işlərini, həmçinin kəmərin Mərmərə dənizinin Dardanel boğazından keçən hissəsini fiberoptik kabellərlə təchiz edəcək. 2016-cı ilin III rübündə başlanan işlərin, 2018-ci ilin analoji dövründə bitməsi planlaşdırılıb.

Report

  • Əvvəlki

    18 bölgəni əhatə edən aqrar şirkət yaradıldı

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0