USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Magistraturaya qəbulun nəticələri elan olundu

26.06.2020 İqtisadiyyat
0 0
Magistraturaya qəbul imtahanı vermiş bakalavrların nəticələri elan olunub.

"Kommersant.az" xəbər verir ki, DİM-dən Qaynarinfo-ya verilən məlumata görə, bakalavrlar imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

İmtahan nəticələri yaxın vaxtlarda DİM-in saytına da yerləşdiriləcək.

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunanlar 2020-ci il iyulun 6-dan 15-dək (şənbə və bazar günləri istisna olmaqla) tələb olunan sənədləri qəbul olduqları ali təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeyd olunan müddətdə sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcəklər.

Boş qalan plan yerlərinə qəbulun vaxtı elan olunacaq.