USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Şəhid Yaşar Babayev son mənzilə belə yola salındı

15.07.2020 İqtisadiyyat
0 0
Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən hücumunun qarşısını alarkən şəhid olan Ağstafa rayon Köçsgər kənd sakini, 1987-ci il təvəllüdlü gizir Babayev Yaşar Vasif oğlu ötən gün doğulduğu kənddə torpağa tapşırılıb.

Qaynarinfo xəbər verir ki, şəhidin yaşadığı evdə keçirilən vida mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Ombudsman Səbinə Əliyeva, deputatlar, Müdafiə Nazirliyinin məsul şəxsləri iştirak ediblər.

Şəhidimizin məzarı üstünə tər qərənfil və qızıl güllər düzülüb. Şəhidin tabutu üzərindəki üçrəngli bayrağımız dayısı Məhərrəm Əliyevə təqdim edilib