USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Karantinin uzadılması kimi qabaqlayıcı tədbirə ehtiyac yoxdur" - Azərbaycanlı professor

19.07.2020 İqtisadiyyat
0 0
Növbəti günlərdə mövcud vəziyyətlə əlaqədar koronavirusa yoluxma halları kəskin artacaq.

"Kommersant.az"-ın xəbərinə görə, bunu professor Adil Qeybulla ötən gün Ordumuza dəstək yürüşünün koronavirusa yoluxmanın artmasına təsirləri haqda danışarkən deyib.

O bildirib ki, artıq qabaqlayıcı tədbirlərin görülməsinə ehtiyac yoxdur:

"Qabaqlayıcı tədbirlərin görülməsi artıq gecdir. Ötən gün Bakı küçələrinə minlərlə insan axışdı. Onların içində 10 faizinin xəstə olması kifayətdir ki, oradakıların hamısı yoluxsun. Bu hadisələrdən sonra yəqin ki, ölkədə virusa yoluxma hallarında artan dinamika müşahidə ediləcək. Bunun qarşısını almaq üçün karantinin uzadılması və s. kimi qabaqlayıcı tədbirə qətiyyən ehtiyac yoxdu, çünki artıq yoluxma baş verib. İnsanları maarifləndirmək lazımdır ki, karantindən sonra heç olmasa küçəyə çıxanda qaydalara əməl etsinlər. Maskadan və əlcəkdən istifadə, sosial məsafə və s. qaydalara əməl edilməlidir. Yoxsa biz kollektiv immunitetə doğru gedirik. Yəni yoluxan yoluxur, ölən ölür, qalan da qalır".Axar.az

  • Əvvəlki

    TƏBİB-dən sərtləşdirilmiş karantin rejimi ilə bağlı - AÇIQLAMA

Digər xəbərlər

29.04.2024 İqtisadiyyat
FED-in faiz endirimi nə vaxt gələcək?
0 0
29.04.2024 İqtisadiyyat
Tesla səhmlərində kəskin artım
0 0
29.04.2024 İqtisadiyyat
Ən çox milyarderin yaşadığı 10 şəhər
0 0
29.04.2024 İqtisadiyyat
YouTube-dan yeni qərar
0 0
29.04.2024 İqtisadiyyat
Neft və qaz kəşfləri 50 faiz azalır
0 0